18 yaşlı oğlan süni göldə boğuldu

18 yasli oglan suni golde boguldu
Lənkəran sakini suda boğularaq  ölüb.
Zeferinfo.az-ın məlumatına görə, bədbəxt hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü kənd sakini Tohid Ələsgərov ehtiyatsızlıqdan süni gölə düşüb. Suyun səviyyəsi hündür olduğundan o, göldə boğularaq ölüb.
Onun meyiti adiyyəti qurumlar tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.