17 yaşlı gəlinin ölüm səbəbi açıqlandı - Rəsmi
Astarada toydan bir gün sonra vəfat edən gəlinin ölüm səbəbi açıqlanıb.
Zeferinfo.az xəbər verir ki, hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib”.